UN-Habitat: Əsas məqsəd mənzil böhranı ilə mübarizə üçün layihələrin hazırlanmasıdır
Milli Koordinator: WUF13 artıq region üçün yeni imkanlar yaradıb
Anar Quliyev: Qarabağdakı bərpa işləri bir çox beynəlxalq qurum üçün böyük maraq doğurur
BƏƏ Barakah zavodunun perimetrində törədilən terror hücumlarını pisləyir
09:24
672
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi İraq tərəfdən ölkənin hava məkanına daxil olan üç pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, onun sözləri nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki bildirib ki, hadisə 17 may 2026-cı il, bazar günü səhər saatlarında qeydə alınıb. İraq hava məkanından gələrək krallığın sərhədlərini pozan üç PUA vaxtında aşkar edilərək məhv edilib.
General-mayor əl-Maliki vurğulayıb ki, Müdafiə Nazirliyi uyğun zaman və məkanda bu addıma cavab vermək hüququnu özündə saxlayır. O, həmçinin krallığın suverenliyini, təhlükəsizliyini, eləcə də vətəndaşlarının və sakinlərinin müdafiəsini təmin etmək üçün bütün zəruri operativ tədbirlərin görüləcəyini bəyan edib.
Məryəm Quliyeva