DİM: Gecikən şəxslərin imtahanda iştirakı təmin olunub Hadisə

DİM: Gecikən şəxslərin imtahanda iştirakı təmin olunub

Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün gecikən şəxslərə şərait yaradılıb və onların imtahanda iştirakı təmin olunub. Hazırda imtahanlar davam edir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, DİM-dən məlumat verilib.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəran şəhərlərində keçirilir.