London-İslamabad istiqamətində uçan təyyarə Bakıya enməli olub Hadisə

London-İslamabad istiqamətində uçan təyyarə Bakıya enməli olub

Dekabrın 27-də “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçuş həyata keçirən “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.
Aeroportdan bildirilib ki, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib. Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir. Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.
Təyyarə yola düşənə qədər reysin sərnişinləri viza ala və hava limanının otelində istirahət etmək, yaxud şəhəri gəzmək üçün aeroportun ərazisini tərk edə bilərlər.