Uitkoff və Kuşner Parisdə "könüllülər koalisiyası"nın iclasında iştirak edəcəklər
ABŞ-ın Venesuelaya hücumu dünyada sistemli dəyişikliklərin başlanğıcı olacaq
BMT: Venesuelanın gələcəyini ABŞ yox, xalq müəyyən etməlidir
Tramp administrasiyasının Venesuela ilə bağlı əlavə tədbirlər planı yoxdur
Bayram günlərində qarlı hava ilə bağlı avtomobillər dəyən ziyan 1 mln. manata çatıb
18 Fevral 2021 14:10
1 764
Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ağdama səfəri zamanı Bərdədə şəhid ailəsi ilə görüşüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rusiyalı deputat Bərdədə həyətinə bomba düşməsi nəticəsində 30 yaşlı oğlunu itirən Tahir Kazımovun yaşadığı evə baş çəkib.
T. Kazımov Rusiya Dövlət Dumasının deputatına bildirib ki, ötən il oktyabrın 28-də ermənilərin Bərdə şəhərini atəşə tutması nəticəsində oğlu, 1990-cı il təvəllüdlü Dəyanət Kazımov aldığı ağır qəlpə yarasından həyatını itirib.
Eyni zamanda, onun fərdi yaşayış evinə də maddi zərər dəyib.




