Türkiyə NATO sammitinin əsas gündəm mövzularını açıqlayıb Gündəm

Türkiyə NATO sammitinin əsas gündəm mövzularını açıqlayıb

Ankarada keçiriləcək NATO sammitində Avroatlantik məkanın təhlükəsizliyi, Ukraynadakı vəziyyət və alyansın cənub sərhədlərindəki son hadisələr əsas müzakirə mövzuları olacaq.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, NATO liderləri Avroatlantik məkan üçün mövcud təhdidlər, risklər və çağırışlarla bağlı strateji fikir mübadiləsi aparacaqlar.

Duran bildirib ki, sammitdə Ukrayna ətrafındakı vəziyyət, alyansın cənub cinahındakı son hadisələr, həmçinin NATO-nun çəkindirmə və müdafiə siyasəti hərbi investisiyaların artırılması fonunda müzakirə ediləcək.

Qeyd edək ki, NATO-nun Ankara sammiti iyulun 7-8-də keçiriləcək.