

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamlarına əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.
Trend Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, fevralın 4-də səhiyyə naziri Teymur Musayev yeni təyin olunmuş nazir müavinlərini kollektivə təqdim edib.
Öz çıxışında Teymur Musayev dövlət başçısının fevralın 3-də imzaladığı Sərəncamları diqqətə çatdırıb. Nazir bildirib ki, möhtərəm cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün bütün sahələrdə peşəkar, vətənsevər kadrlara etimad göstərilir: “İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərərək, bu sahədə təcrübə və idarəçilik bacarığına malik olduqlarını göstəriblər. Əminəm ki, onlar bu yüksək etimadı doğruldacaq və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Çıxışının sonunda Teymur Musayev nazir müavinlərini təyinat münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Öz növbəsində yeni təyin olunmuş müavinlər onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, səhiyyə sistemində başlanan islahatlar prosesinin davam etdirilməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini və bacarıqlarını əsirgəməyəcəklər.