

31 İyul 17:49
31 İyul 17:07
31 İyul 16:37
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Rusiya, Ermənistandakı 102 saylı hərbi hissəsinə canlı qüvvə və silah-sursat yığır. Heç şübhəsiz ki, Rusiyanın bu addımı Azərbaycana qarşı deyil. Baxmayaraq ki, bunu Azərbaycanla bağlamaq təşəbbüsündə olan siyasi ekspertlər həm Rusiyada, həm də Ermənistanda var.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Çingiz Şahbazi deyib.
Onun fikrincə, doğrudur, Rusiya çalışır ki, Azərbaycan və Ermənistan arasında müvəffəqiyyətlə davam edən sülh danışıqları prosesinə və Zəngəzur dəhlizinin reallaşmasının qarşısının alınması məqsədilə proseslərə mane olsun və bunun üçün əlindən gələni edir:
"Gümrüdəki hərbi hissəsindəki hərəkətlilik də, Rusiyanın növbəti təxribat xarakterli blef addımı ola bilər. Olsa belə, bu Ermənistanın siyasi hakimiyyətinə qarşıdır. Azərbaycana qarşı hər hansı bir addım əsla mümkün deyil. Azərbaycan və Türkiyə arasında Şuşa bəyannaməsi var və Rusiyanı belə bir addım atmağa məhz, bu bəyannamə artıq imkan vermir. Olsa belə, kimliyindən asılı olmayaraq layiqli cavab alacağı heç kimdə şübhə doğurmur".
Cavid