4 Noyabr 15:45
24 Noyabr 2021 16:32
24 759
Bu gün qarşımızda duran problemlər müxtəlifdir və məsuliyyətli yanaşma tələb edir. Qarabağ memarlıq məktəbi Azərbaycanın memarlıq tarixində önəmli yer tutur. Onun atəşpərəstlik, xristian və İslam dövrləri olub.
Bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda qarşıda duran məqsədlər sadə deyil. Qarabağda memarlıq abidələrinin bərpası ilə bağlı çox diqqətli olmalıyıq və geniş tədqiqat aparılmalıdır.
Ermənilər Qarabağdakı abidələrin guya bizə aid olmaması ilə bağlı dünyada saxta təbliğat aparırlar. Ona görə bizim hər birimiz mədəni irsimizi dünyada təbliğ etməli, yazılar yazmalıyıq. Mən beynəlxalq görüşlərdə daim bu haqda danışıram. Düşünürəm ki, hamı bacardığı təbliğatı aparmalıdır. Bu işin ən vacib tərəfi məlumatları düzgün çatdırmaqdır" - deyə, sədr qeyd edib.
4 Noyabr 14:40
1 162
3 Noyabr 19:09
2 226
3 Noyabr 18:34
1 575