“Azərbaycan və Macarıstan həmişə bir yerdə olacaq” Gündəm

“Azərbaycan və Macarıstan həmişə bir yerdə olacaq”

“Cənab Prezidentimizin Macarıstana səfəri və orada gedən danışıqlar Azərbaycan və Macarıstanın bu gün çox yaxın bir dost ölkə olduqlarını göstərir. Bu, bizim tariximizdən, mədəniyyətimizdən, dünyaya baxışlarımızın eyni olmasından irəli gəlir”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

Deputat vurğulayıb ki, bu münasibətlərin möhkəm olmasında Macarıstanın indiki lideri Viktor Orbanın çox böyük xidməti var: “Orban müstəqil, prinsipial, ölkəsinin maraqlarını həmişə üstün tutan siyasətçilərdən biridir. Onun Azərbaycanla bağlı mövqeyi isə həmişə Azərbaycan tərəfindən yüksək qiymətləndirilib və cənab Prezident də onu nadir siyasətçilərdən biri adlandırdı. Hesab edirəm ki, iki ölkə liderlərinin belə səmimi, yaxın münasibətləri ölkələrimizin daha da yaxın olmasına, əməkdaşlığımızın güclənməsinə və bir-birimizin daha yaxından tanınmasına kömək edəcək. Azərbaycan və Macarıstan həmişə bir yerdədir və bundan sonra da bir yerdə olacaq”.

Röya İsrafilova