İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25

“Bu bir həqiqətdir ki, dünyada dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir və bu reallıqda əslində dövlətlər arasında münasibətlər necə olmalı, necə qurulmalıdır? hansı prinsiplərə söykənməlidir? kimi suallara cavab axtararkən uzağa getmək lazım deyil, Azərbaycan, Türkiyə, Pakistan dostluğuna diqqət ayırmaq, onun mahiyyətini və fəlsəfəsini öyrənmək bütün sualların cavabını vermiş olar. Bu, bir həqiqətdir ki, Azərbaycan Türkiyə dostluğu və qardaşlığı, Azərbaycan Pakistan dostluğu və qardaşlığı regionda və dünyada sülhə, təhlükəsizliyə, əmin-amanlığa xidmət göstərir və heç bir halda üçüncü tərəfi hədəf almayıb. Bu, qardaş dövlətlərin münasibətləridir və yalnız rifaha, təhlükəsizliyə, sülhə xidmət edir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
Deputat vurğulayıb ki, eyni məntiqlə də üç dost, qardaş, müttəfiq dövlətin liderləri özünün ikinci nəfəsini yaşayan, Cənubi Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilən Laçın şəhərində bir araya gəlib və Zirvə görüşünü keçirib: “Bu Zirvə görüşü “Üç Qardaş” formatı çərçivəsində təşkil edilib. Sözün həqiqi mənasında bu görüşün keçirilməsi nəticə etibarı ilə bütün bölgəmizə müsbət təsir göstərən bir hadisədir. Həm də bütün dünya bizim ayrılmaz dost, qardaş, müttəfiq olduğumuzu görür. Biz bir yerdə olanda güclüyük və bu güc yalnız təhlükəsizliyə, əmin-amanlığa xidmət edir. Belə bir Zirvə görüşünün həm də məhz 28 May - Müstəqillik Günündə keçirilməsinin də böyük tarixi mənası və əhəmiyyəti var. Yəni bu birlik, bu Zirvə görüşü və bu “Üç Qardaş” formatı nəticə etibarı ilə Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərir”.
E.Nəsirovun sözlərinə görə, Azərbaycana əl uzadanlar bilsinlər ki, Azərbaycanın yanında NATO-da ikinci güc mərkəzi olan Türkiyə, həmçinin müsəlman dünyasının yeganə nüvə dövləti olan Pakistan var: “Azərbaycan da hər zaman bu qardaş dövlətlərin yanındadır, onların haqq işini müdafiə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev İkinci Dünya müharibəsindən ta indiyə qədər bir çox xalqların və dövlətlərin həsrətində olduğu bir problemi öz xalqı və dövləti üçün həll edə bilib. Bu, ərazi bütövlüyü və suverenliyin tam təminatı məsələsidir. Bu baxımdan da dövlətimizin başçısına beynəlxalq aləmdə böyük etimad var. Bu dostluq, birlik bundan sonra da möhkəmlənəcək və xüsusilə də Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması prosesinə daha böyük töhfəsini verəcək”.
Röya İsrafilova