ABŞ Zəngəzur dəhlizinin bir hissəsinə nəzarət etmək istəyir Gündəm

ABŞ Zəngəzur dəhlizinin bir hissəsinə nəzarət etmək istəyir

“Zəngəzur dəhlizinə nəzarət ABŞ-ın iqtisadi maraqlarına uyğundur”

ABŞ prezidenti Donald Trampın “Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq” açıqlaması və paralel olaraq ABŞ-ın prosesdə iştirakını vurğulaması, bütövlükdə Cənubi Qafqazda 44 günlük müharibədən, 2023-cü il 23 saatlıq antiterror tədbirlərindən və rus "sülhməramlıları”nın Azərbaycandan çıxarılmasından sonra, ciddi hərbi-siyasi vəziyyət yaradacaq bir prosesdir.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib. Onunfikrincə, ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın Nyu-Yorkdajurnalistlərə açıqlamasında "ABŞ 100 il müddətinə 32 kilometrlikZəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib" - deməsi, ABŞ-ın Zəngəzurla və ümumiyyətlə Ermənistan və Azərbaycan münasibətləri ilə bağlı planlarının və onu həyata keçirməkdə israrlı olduğunu ortaya çıxarır. Xatırladaq ki, Zəngəzur dəhlizinə xaricdən nəzarət təklifini hələ keçən ilin sentyabrında Türkiyə prezidenti Ərdoğan Ermənistan baş naziri Paşinyanla Nyu-Yorkda Türk evində görüşündə vermişdi: “Nəzərdən qaçmamalıdır ki, Donald Trampın Ermənistan - Azərbaycan, bütövlükdə Cənubi Qafqazməsələsinə nəhayət lazımi diqqət yetirməsi, onun Rusiya prezidentiVladimir Putinlə telefon danışığından sonra baş verdi. Həmçinin, həmin danışıqdan sonra Trampın Rusiyaya münasibətinin dəyişdiyi müşahidə olunur və ABŞ Ukraynaya da silah tədarükünü, yardımını da bərpa edib.

Donald Tramp Rusiya ilə münasibətləri normallaşdırmaq, Rusiya - Ukrayna müharibəsinə son vermək niyyəti ilə Rusiyanın maraqdairəsində olan Zəngəzur, ümumən Cənubi Qafqaz məsələsindən müəyyən distansiya saxlayırdı. Donald Tramp Vladimir Putinlə danışıqların əhəmiyyətsiz olduğu qənaətinə gələndən sonra, Rusiyanın Zəngəzur və ümumiyyətlə Cənubi Qafqazda maraqlarının üstündən xətt çəkdiyi görünür. Ancaq bu, Ermənistanda hərbi gücünüartırmaqda davam edən Rusiyanın hələ geri çəkiləcək anlamına gəlməməlidir.

Bu günlərdə, Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraanın Azərbaycana səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, Suriyanın qazla təchizatı və infrastrukturun yaradılması ilə bağlı Azərbaycanla razılaşmanın əldə olunması, Suriyaya qaz tranzitininZəngəzur dəhlizi vasitəsi ilə nəqlini mümkün layihə kimi masayagətirir”.

V.Dadaşov qeyd edib ki, əgər ABŞ prezidenti Donald Trampın dövlətlərarası və ümumən beynəlxalq münasibətlərdə əsas iqtisadimaraqları önə çəkdiyini və xüsusən də Çinlə iqtisadi mübarizəsini nəzərə alsaq, belə bir qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinə nəzarət ABŞ-ın həm iqtisadi maraqlarına uyğundur və Çinin OrtaDəhlizdən istifadə etməklə Avropaya çıxışına mane ola bilər. Zəngəzur dəhlizinə nəzarət ABŞ-a bir növ həm Rusiya, həm də Çinlə geosiyasi mübarizəsində öndə olmağa imkan verir. Zəngəzura ABŞ-ın nəzarət planları barədə xəbərlərə İranın reaksiya verməməsi, artıq onun reallığı qəbul etdirməsinin səbəbi kimi qiymətləndirilir: “Qaldı ki, Zəngəzura xarici şirkətin təklifinin Ərdoğan tərəfindən verilməsinə, təbii ki, təklif Türkiyənin milli maraq və geosiyasiambisiyaları ilə üst-üstə düşür. İlk növbədə Rusiyanın regiondanuzaqlaşdırılması və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi üçün geniş imkanlar vəd edir. İlkin mərhələdə Ərdoğanın bu təklifinin elə məqsədi də Rusiyanın regiondan kənarlaşdırılmasına ABŞ-ın marağın cəlb etmək olub. Əlbəttə ki, Türkiyə NATO-nun üzvü və regionda əsas faktor kimi ABŞ-ın Zəngəzur dəhlizinə nəzarətində iştirakının ehtimalı yüksəkdir”.

Xatırladaq ki, Birləşmiş Ştatların Türkiyədəki səfiri bildirib ki, ölkəsi Zəngəzur dəhlizini idarə etmək istəyir. BBC-nin məlumatına görə, iyulun 14-də ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Vaşinqtonda butəklifi səsləndirib. “32 km-lik yolu bizə 100 illik icarəyə verin, paylaşın", - Tom Barrak deyib. Eyni gün Birləşmiş Ştatlar PrezidentiDonald Tramp deyib ki, Ermənistan və Azərbaycan arasında sülhrazılaşması əldə etmək səyləri "uğurlu nəticəyə" doğru gedir.DonaldTramp bildirib ki, "Digər birini də həll etdik - belə görünür ki, dahabir sülh Azərbaycan və Ermənistan arasında olacaq. Görünən odur ki, bu, bir nəticəyə - uğurlu nəticəyə gələcək". Ermənistan Baş nazirininmətbuat katibi Nazeli Bağdasaryan Birləşmiş Ştatlar səfirinin dediyivariantın mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Ermənistan qanunlarına əsasən yalnız kənd təsərrüfatı torpaqlarıəkinçilik məqsədilə icarəyə verilə bilər. İkinci Qarabağ müharibəsininatəşkəs şərtlərinə görə, Naxçıvana gedən yolun Rusiyanın nəzarətindəolması nəzərdə tutulurdu. Azərbaycan yolun tam şəkildə Ermənistanınnəzarətində olmasını istəmir. Ermənistan isə yolun üçüncü tərəfəverilməsinə qarşı çıxır.

Cavid