

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Hazırda 150-dən çox BMT üzvü dövlət Fələstini dövlət kimi tanıyır və ya tanımaqla bağlı qərar qəbul edib. Lakin ABŞ-nin BMT-dəki veto hüququ və Fələstindəki mövcud vəziyyət Fələstin dövlətinin yaradılmasını əngəlləyir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.
K.Rövşənoğlu əlavə edib ki, nəzəri olaraq sentyabrda Fələstin dövləti elan oluna bilər, ancaq onun fəaliyyət göstərməsi üçün İsrailin razılığı lazımdır: “Çünki hazırda Fələstin muxtariyyəti ərazisi, paytaxtı Ramahllah da daxil olmaqla İsrailin hərbi nəzarəti altındadır. Yəni əgər dövlət elan olunsa İsrail buna maneə ola bilər. Ümumiyyətlə, Mahmud Abbasın fəaliyyətinə imkan verməyə bilər. Bu mənada münaqişənin köklü həlli olmadıqca bu dövlət elanının ciddi nəticələr verəcəyi şübhəlidir. İsrail öz üzərində ciddi təzyiq hiss edərək geri çəkilməli və BMT qərarı ilə Fələstin dövləti ərazilərini boşaltmalıdır. Hazırda İsrailə qarşı bununla bağlı təzyiq edəcək dövlət və ya güc yoxdur”.
Röya İsrafilova