

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı siyasətin “yanlış” olduğunu etiraf etməsi Tehran üçün nadir və cəsarətli ritorikadır. Bu bəyanat teokratik sistemdə çevik dəyişikliyə Pezeşkianın meyil siqnalı kimi dəyərləndirilə bilər. Azərbaycanla normallaşma çağırışı regionda yeni bir praqmatik siyasi xəttin formalaşdığını göstərə bilər. Amma bu, həm də İranın dərin dövlətinə – SEPAH və ideoloji elitaya açıq bir çağırışdır. Pezeşkianın sözləri daxildə müəyyən müqavimətlə qarşılaşacaq; xüsusilə mühafizəkar media və Qüds Gücləri tərəfindən ritorik basqılar gözləniləndir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
T.İsmayılov əlavə edib ki, buna baxmayaraq Pezeşkianın Azərbaycanla münasibətlərdə “qonşuluq diplomatiyasını” irəli çəkməsi Tehranın regiondakı təkliyini aşmaq istədiyini göstərir: “İranın Ermənistanla yaxınlığı və Zəngəzur dəhlizi məsələsində tutduğu sərt mövqe Bakı ilə münasibətləri uzun müddətdir pozmuşdu. İndi isə yeni prezidentin tənqid mövqeyi həm ikitərəfli gərginliyi yumşalda, həm də regional əməkdaşlığı stimullaşdıra bilər”.
Onun sözlərinə görə, Azərbaycan tərəfi bu mesajları ehtiyatla, amma maraqla qarşılayacaq: “Bakı üçün vacib olan Pezeşkianın bu fikirlərinin praktik siyasətə çevrilib-çevrilməməsidir. Çünki İranın siyasi arxitekturasında qərarverici mexanizm təkcə prezident deyil, Ali Dini Lider və SEPAH-ın maraqlarıdır. Bu səbəbdən Pezeşkian daxildə sistemə qarşı sərt getməyə çalışsa, təhdidlər, təzyiqlər və sanksiyalarla üzləşə bilər. Ümumilikdə, İran-Azərbaycan münasibətlərində bir açılım mümkündür, amma bunun davamlı olub-olmaması Tehranın daxili institutları arasındakı mübarizədən asılı olacaq. Qısası, Pezeşkian danışdı, indi SEPAH dinləyir”.
Röya İsrafilova