İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
11 Sentyabr 2025 16:34
3 983
NATO, Polşadakı pilotsuz uçan aparatlarla bağlı insidentə "hərbi müdafiə cavabı" hazırlayır və bu cavab alyansın şərq cinahını gücləndirməyə yönələcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, alyans iki növ "cavab" hazırlayır – siyasi və hərbi-müdafiə. İlk siyasi reaksiya artıq NATO-nun baş katibi Mark Rütte və alyans ölkələrinin liderləri tərəfindən açıqlanıb, onlar bu insidenti Rusiyanın üzərinə atıblar.
Hərbi cavabın hazırlanması NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç tərəfindən koordinasiya edilir. O, öz tabeçiliyindəki şəxslərlə birlikdə vəziyyəti qiymətləndirir və yeni silah tədarükü ehtiyaclarını analiz edir. Məlumat mənbəyi bildirib ki, alyansın cavabı əsasən maneə törədici potensialı gücləndirməyə yönələcək.
Məryəm Quliyeva
25 Mart 18:25
1 379
25 Mart 15:09
1 330
25 Mart 13:50
1 946