Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
2 Oktyabr 10:43
1 897
“İqlim dəyişmələrinin təsiri həm mitiqasiya, həm də adaptasiya baxımından Azərbaycanın əsas dövlət sənədlərində əks olunur. Xüsusilə burada Milli Səviyyədə Müəyyən olunmuş töhfə sənədini, yəni NDC-ni, Milli Adaptasiya Planını, Milli Su Strageyasını göstərərdim. Milli Səviyyədə Müəyyən olunmuş töhfə sənədində açıq şəkildə bildirilir ki, iqlim dəyişmələri ilə mübarizə üçün Azərbaycanda hansı işlər görülür. Bu, xüsusilə istixana qazlarının azaldılmasına aid olan məsələdir və başlıca olaraq karbon qazı, metan qazı və digər istixana qazlarının müxtəlif fəaliyyətləri vasitəsilə azalmasını nəzərdə tutur”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov söyləyib.
R.Abbasov əlavə edib ki, Milli Səviyyədə Müəyyən olunmuş töhfə sənədində 2030-cu ilə qədər Azərbaycan ərazisində atmosferə atılan istixana qazlarının 30-35 faiz azaldılacağı məqsəd kimi qarşıya qoyulub: “Ölkə bu istiqamətdə çox işlər görməkdədir. Mən burada karbon qazının azaldılması üçün alternativ enerjilərə keçid mexanizminin hazırlanması və bu işdə əməli fəaliyyətlərin həyata keçirilməsini, paralel olaraq nəqliyyat, enerji sektorundan atmosferə atılan istixana qazlarının azaldılması üçün görülən tədbirləri xüsusi qeyd edərdim. Məsələn, elektrik avtomobillərinin iri şəhərlərdə istifadəsi getdikcə artır və bunun üçün müəyyən təşviq mexanizmləri işlənib”.
Ekspert bildirib ki, adaptasiya məsələlərinə gəlincə, burada məxsusi olaraq milli adaptasiya proqramı qeyd edilməlidir: “Həm kənd təsərrüfatı, həm də su sektorunda sudan istifadənin azaldılması iqlim dəyişmələrinə uyğunlaşmanın artırılması üçün fəaliyyət nəzərdə tutulur. Artıq bu istiqamətlərdə müəyyən işlər görülməkdədir. Məsələn, başlıca olaraq regional adaptasiya planları vasitəsilə kənd təsərrüfatının sudan asılılığının azaldılması, susuz kənd təsərrüfatına keçid, suya az tələbatı olan bitkilərin əkilməsi, müasir suvarma sistemlərindən istifadənin artırılması, eləcə də torpaq kanalların betonlaşdırılması və su itkilərinin azaldılması kimi məsələlər bu istiqamətdə öz əksini tapır. Yəni Azərbaycan özünün bir çox dövlət sənədləri ilə həm iqlim dəyişmələri ilə mübarizəyə, həm də onun mənfi təsirlərinə uyğunlaşmaya aid xeyli fəaliyyət həyata keçirməkdədir”.
Röya İsrafilova
15 Noyabr 13:58
6 167
14 Noyabr 16:16
2 023
14 Noyabr 15:57
2 282