İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
14 Oktyabr 2025 16:15
2 821
Kenyanın paytaxtı Nayrobidə Dövlət Prezidentliyi rəsmi iqamətgahının qapılarından birində xidmət edən polis əməkdaşı oxla vurularaq öldürülüb.
Xalqcebhesi.az xəbər verir ki, hadisə barədə verilən məlumata görə, dünən səhər saatlarında 56 yaşında bir kişi, əlinə yay və ox alaraq Dövlət Prezidentliyi iqamətgahının qapısına yaxınlaşıb. "Təslim ol" əmrinə baxmayaraq, polisə doğru irəliləyərək, polis əməkdaşı Ramadhan Matanka’yı oxla vurub. Polisdən verilən açıqlamada, xəstəxanaya aparılan polis əməkdaşı Matanka’nın həyatını itirdiyi bildirilib.
Ox və yayı çuvallara yığıb, evsiz biri kimi davranan hücumçunun isə həbs olunduğu qeyd edilib. Kenyanın mətbuatı, hücumçunun bu gün məhkəməyə çıxarılmasının gözlənildiyini bildirib.
Bu hücum, Kenyanın ən güclü qorunan yerlərindən biri olan Dövlət Prezidentliyi iqamətgahında təhlükəsizlik zəifliyinə dair müzakirələrə səbəb olub.
Məryəm Quliyeva
16 Yanvar 21:29
1 526
16 Yanvar 20:47
1 589
16 Yanvar 17:35
1 834