Avropa Komissiyası Rusiyadan neft və nüvə yanacağı alımına tam qadağa qoyacaq Gündəm

Avropa Komissiyası Rusiyadan neft və nüvə yanacağı alımına tam qadağa qoyacaq

Avropa Komissiyası (AK) Aİ Şurasının 2028-ci ildən Rusiya qazının alınmasını qadağan edən qərarından sonra Aİ ölkələrinin Rusiyadan neft və nüvə yanacağı almasına hərtərəfli qadağa qoyulması üzərində işi davam etdirəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Den Yorgensen məlumat verib.

"Bu, bizim işimizin sonu deyil; biz Rusiya neftinin və nüvə yanacağının idxalının mərhələli şəkildə dayandırılması istiqamətində işi davam etdirəcəyik. Hazırda neftin təxminən 3%-ni alırıq. Nüvə yanacağının alışı dəyər baxımından o qədər də əhəmiyyətli deyil - ildə 1 milyard avrodan çox deyil - lakin bu, bizim planlarımızın bir hissəsidir", - Yorgensen bildirib.
“Bizim məqsədimiz Rusiya enerjisinin bir molekulunu almaq deyil”, - deyə Avropa komissarı bildirib.
O xatırladıb ki, Avropa Komissiyası cari ilin əvvəlindən Aİ ölkələrinin Rusiya nefti və nüvə yanacağının alınmasına tam qadağa qoyulması üzərində işləyir.

Məryəm Quliyeva