“Bakı–Brüssel münasibətləri yeni mərhələyə keçir”
5 Dekabr 22:04
5 Dekabr 22:04
5 Dekabr 21:38
5 Dekabr 15:47
21 Oktyabr 11:10
1 512
“ABŞ administrasiyasının G7 vasitəsilə Rusiyaya iqtisadi təzyiqləri artırmaq planı Qərbin yeni mərhələyə keçdiyini göstərir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
O qeyd edib ki, Vaşinqton bu dəfə fərdi sanksiyalardan çox, kollektiv iqtisadi koordinasiyaya üstünlük verir: “Bu, həm Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaq, həm də Çin üzərindən baş verən dolayı ticarət kanallarını bağlamaq məqsədi daşıyır. Lakin Avropa İttifaqının bəzi üzvləri, xüsusilə Almaniya və Fransa, bu istiqamətdə daha ehtiyatlı davranır. Çünki yeni tariflər və sanksiyalar Avropa iqtisadiyyatına da mənfi təsir göstərə bilər. Buna baxmayaraq ABŞ-nin diplomatik xətti göstərir ki, Rusiya ilə iqtisadi təzyiq siyasəti yaxın aylarda daha da sərtləşəcək və Vaşinqton G7-nin birgə qərar mexanizmini bu istiqamətdə fəal şəkildə yönləndirməyə çalışacaq”.
Röya İsrafilova
5 Dekabr 22:04
777
5 Dekabr 21:38
868
5 Dekabr 15:51
1 568