İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 Oktyabr 2025 11:42
2 107
Azərbaycan və Qazaxıstan münasibətləri Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində xüsusi yer tutur. Qazaxıstan Orta Asiya dövlətləri arasında və beynəlxalq əlaqələri güclü inkişaf etmiş türk dövlətidir. TDT-nın Orta Asiyada formalaşması üçün də Qazaxıstan prezidenti mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti Tokayev arasındakı xüsusi münasibətlər iki ölkənin münasibətlərinə də təsir edir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib
O qeyd edib ki, hər iki ölkə beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasına mühüm aktordur. Orta dəhlizin mərkəzi ölkələri olan Azərbaycan və Qazaxıstan digər Türk dövlətləri üçün də örnəkdir. İki ölkə arasında iqtisadi əlaqələr artan xətt üzrə inkişaf edir. Yeni layihələr üzərində işlər aparılır. Qazaxıstanın və Azərbaycanın dəniz limanlarının ötürücülük qabiliyyətinin artırılması işləri gedir: "Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu səfəri əlaqələrin inkişafında yeni pəncərə açacaq" .
Cavid
25 Mart 18:25
1 386
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953