İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
18:52
770
"Tam olaraq belə demək doğru olmaz ki, Ermənistan bu addımı Azərbaycana cavab tədbiri kimi atıb. Əslində, bu danışıqlar daha öncədən aparılıb. Qırıcıların və ümumilikdə silahların alınması məsələsi uzunmüddətli prosesdir".
Bunu Politoloq Vaqif Hüseyn Xalqcəbhəsi.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, belə təyyarələri 1-2 günə almaq və ölkəyə gətirmək mümkün deyil:
“Pilotların hazırlanması, texniki xidmətin təşkili, silah sistemlərinin uyğunlaşdırılması kifayət qədər vaxt və resurs tələb edir.Ermənistanın bu addımı daha çox hərbi hava qüvvələrini yeniləmək və modernləşdirmək cəhdidir. Bu, hərbi balansı dəyişmək məqsədi ilə atılan addımdan çox, geridə qalmamaq niyyətidir.Azərbaycan artıq Pakistandan JF-17 tipli qırıcılar alıb və bu, bölgədə hərbi üstünlüyü saxlamaq üçün kifayət qədər əsas yaradır.Region dövlətlərinin hər biri öz hərbi aviasiyasını gücləndirməyə çalışır. Amma 44 günlük müharibə real hərbi balansın kimdə olduğunu açıq şəkildə göstərdi. Ermənistanın əlində İsgəndər raketləri olsa da, həmin müharibə göstərdi ki, bu, nəticəni dəyişmək gücündə deyil. Həmin dövrdə Ermənistan qırıcılardan demək olar ki, istifadə etmədi. Ona görə də bu gün yeni qırıcıların hərbi balansı əsaslı şəkildə dəyişdirəcəyini düşünmək sadəcə nəzəri ehtimaldır".
Vaqif Hüseynin fikrincə, Azərbaycan tərəfi də boş dayanmır və müasir silah sistemlərinin alınması, hərbi modernləşmə prosesini davam etdirir: “Azərbaycanın hazırkı silah potensialı və texniki imkanları bölgədə hərbi üstünlüyü qorumaq üçün yetərlidir. Ermənistanın atdığı bu addımlar isə daha çox görüntü xarakteri daşıyır və real balansı dəyişmək gücündə deyil".
Günel Elxan