Yaponiyada radioaktiv su sızması baş verib
23 Dekabr 16:18
23 Dekabr 16:18
23 Dekabr 12:49
23 Dekabr 11:39
6 Noyabr 11:59
2 373
“Yeni texnologiyaların sürətlə inkişaf etdiyi, qloballaşma prosesinin çox sürətlə getdiyi bir dövrdə milli dillərin qorunması ciddi problemlərlə üzləşə bilər. O cümlədən də Azərbaycan dilinin qorunması ilə bağlı problemlər yox deyil”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət söyləyib.
Onun bildirdiyinə görə, bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Azərbaycanın dövlət dili olan Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər çox yerinə düşür: “Özəlliklə də yeni texnologiyaların hər kəs üçün əlçatan olması, yeni televiziya kanallarının, sosial medianın gen-bol istifadə imkanlarının yaranması bu çağırışı aktual edir. Ona görə də düşünürəm ki, hər kəs Azərbaycan dilinin istənilən platformada qorunmasına öz töhfəsini verməlidir. Bu, dövlət də ola bilər, qeyri-dövlət də ola bilər. Yəni bu istiqamətdə hər bir fərdin üzərinə böyük vəzifələr düşür”.
Röya İsrafilova
23 Dekabr 16:18
1 365
23 Dekabr 16:05
1 582
23 Dekabr 12:49
1 799
- FOTO
- FOTO