Kamboca sərhədində Tayland əsgərləri arasında ölənlərin sayı 23-ə çatıb Dünya

Kamboca sərhədində Tayland əsgərləri arasında ölənlərin sayı 23-ə çatıb

Kamboca ilə sərhəd münaqişəsində həlak olan Tayland hərbçilərinin sayı 23-ə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, çərşənbə axşamı Sa Kaeo əyalətində iki ölkə arasındakı sərhəddə baş verən toqquşmalar zamanı bir Tayland əsgəri minaatan atəşi nəticəsində həlak olub.

Kamboca-Tayland sərhədində kiçik silahlı toqquşmalar 7 dekabrda başlayıb. 8 dekabrda Tayland quru qüvvələri Kamboca qoşunlarının sərhəd bölgəsindəki Tayland mövqelərini atəşə tutmağa başladığını bildirib. Buna cavab olaraq Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna hücum edib.

Məryəm Quliyeva