Tramp Ukraynaya təzyiq edir Gündəm

Tramp Ukraynaya təzyiq edir

Ağ Evin mətbuat katibi Kerolayn Livittin "Fox News" kanalına, ABŞ prezidenti Trampın müharibədən dolayı Ukraynaya ayrılan maliyyə yardımlarını dayandırması faktı, əslində "Tramp planı"nın Ukrayna tərəfindən qəbul edilməsi məqsədilə təzyiq mexanizmi olaraq tətbiq olunduğunu qeyd etmək lazımdır. Əgər mətbuat katibinin açıqlamasında qeyd edildiyi kimi, Ukraynaya qarşı ABŞ-ın maliyyə yardımları durdurulacaqsa, o zaman Ukrayna üçün istər cəbhədə, istərsə də ölkənin sosial həyatında ciddi risklər meydana çıxa bilər.

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

Onun sözlərinə görə, bu əlbəttə ki, Ukrayna hökumətinin ən həssas nöqtəsidir və məhz Tramp Administrasiyası, məhz bu həssas nöqtədən Ukrayna hökumətini, "Tramp planı"nı qəbul etdirmək məqsədilə, belə bir addım atmaq qərarı qəbul edib. Amma, silah yardımı ilə bağlı məsələlərə toxunulmayıb və ABŞ NATO-ya əhəmiyyətli miqdarda silah göndərməkdə davam edir:

"Bundan başqa ABŞ-ın Ukraynaya havdan müdafiə olunması ilə bağlı zəmanəti mövcuddur. Tramp
"müharibənin tez bir zamanda bitməsinə" çalışır. Amma, təqdim etdiyi şərtlər heç bir halda nə Ukrayna dövləti üçün, nə də ki Avropa Birliyi ölkələri üçün məqbul sayılır və əksinə təqdim olunan planın tərkibində olan maddələr Ukraynanın ərazi bütövlüyünü və suverenliyini zədələyir və bölgənin təhlükəsizliyi öz sabitliyini itirir. Əslində, burda baş verənlərin pərdəarxasında duran gizli məqamların mövcudluğu da istisna deyil. Bu baxımdan proseslərin bu şəkildə təqdim olunması Rusiyanı müvəqqəti razı salmaq məqsədi daşıya bilər və Ukraynaya edilən yardımların dolayısı ilə davam etməsini Avropa Birliyi həyata keçirə bilər. Bu da ABŞ-Rusiya münasibətilətinin, müharibənin davam edəcəyi müddətdə zədələnməməsi üçün vacib komponentlərindən hesab edilə bilər".

Cavid