10:31
1 155
Şimali Sulavesi əyalətinin Manado şəhərindəki qocalar evində baş verən yanğın nəticəsində ən azı 16 nəfər ölüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Kompas" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, yanğın zamanı binada onlarla yaşlı insan olub, bəziləri içəridə qalıb. Yanğını söndürmək üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib və yanğın tamamilə söndürülüb. Bir neçə zərərçəkən təcili yardım üçün xəstəxanaya aparılıb. Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.
Məryəm Quliyeva