5 Yanvar 12:46
1 169
“Türkiyə və Azərbaycan arasında bağlanan yeni qaz sazişi iki ölkə arasında strateji münasibətlərin daha da dərinləşməsinə və eyni zamanda Azərbaycan ilə Türkiyə arasında enerji əməkdaşlığının gücləndirilməsinə imkan verəcək”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, Türkiyə Azərbaycandan enerji alan əsas ölkələrdən biridir və Azərbaycanın mavi qazı hazırda 14 ölkəyə nəql edilir: “O cümlədən məhz TANAP vasitəsilə Azərbaycanın mavi qazı Türkiyə bazarına çıxarılır. Amma yeni anlaşmaya əsasən Azərbaycanın Türkiyəyə ixracedici mavi qazın həcmini artırması nəzərdə tutulur. Təbii ki, bu da nəticə etibarı ilə Azərbaycanın Türkiyə bazarındakı mövqeyinə və payına birbaşa təsir göstərəcək. Ona görə də enerji əməkdaşlığı birmənalı şəkildə iki ölkə arasında strateji münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu bir daha təsdiq edir”.
Deputat əlavə edib ki, bu, ondan xəbər Azərbaycan mavi qazının nəql imkanları kifayət qədər genişdir: “Xüsusən də Türkiyə bazarı dayanıqlı bir bazardır. Çünki mavi qaza tələbin yüksək olduğu bazarlardan biridir. Bu, bir tərəfdən Türkiyənin enerji təhlükəsizliyinin güclənməsi, digər tərəfdən isə Azərbaycan mavi qazının qardaş ölkə bazarına daxil olmasına imkan verəcək. Bu da hər iki ölkə üçün də iqtisadi baxımdan faydalı hesab olunur”.
Röya İsrafilova
18:54
420
18:43
420
18:07
511