İranın Baş prokuroru iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb Gündəm

İranın Baş prokuroru iğtişaşlara görə ABŞ və İsraili günahlandırıb

İrandakı kütləvi iğtişaşlar zamanı dəyən maddi ziyana və tələfatlara görə ABŞ və İsrail məsuliyyət daşıyır.

Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikasının Baş prokuroru Məhəmməd Movahedi Azad bildirib.

Fars xəbər agentliyi onun sözlərini sitat gətirərək bildirib ki, "Son iğtişaşlar və qarışıqlıqların vurduğu maddi və insani ziyana görə məsuliyyət sionist düşmənin (İsrail nəzərdə tutulur), ABŞ-ın və ölkə daxilində və xaricində üsyançıları dəstəkləyən fərdlərin və qrupların üzərinə düşür".

Məryəm Quliyeva