09:35
1 127
Avropa ölkələri və NATO Qrenlandiya və Danimarkanın suverenliyini qorumaq öhdəliyinə “qəti şəkildə sadiqdir”.
Xalqcebhesi.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Qrenlandiya ilə bağlı vəziyyəti NATO-nun baş katibi Mark Rütte, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Corciya Meloni ilə müzakirə edib. Onların hamısı Qrenlandiyanın suverenliyinin müdafiəsi məsələsində razılığa gəliblər.
“Birlikdə biz Qrenlandiyanın və Danimarka Krallığının suverenliyini qorumaq öhdəliyimizə qəti şəkildə sadiqik. Biz həmişə strateji iqtisadi maraqlarımızı və təhlükəsizlik maraqlarımızı müdafiə edəcəyik. Bu çağırışlara Avropa həmrəyliyi, dözümlülük və qətiyyətlə cavab verəcəyik”, — deyə o vurğulayıb.
Bundan əvvəl fon der Leyen X-də yazmışdı ki, ABŞ-ın Qrenlandiya ilə bağlı Aİ ölkələrinə qarşı rüsumlar tətbiq etməsi transatlantik münasibətləri sarsıdacaq və onların daha da pisləşməsi riskini yaradacaq. O, həmçinin bildirib ki, Avropa “vahid, koordinasiyalı qalacaq və öz suverenliyini qorumağa sadiq olacaq”.
Məryəm Quliyeva