10:15
1 407
Pakistan İran və ABŞ arasında münasibətlərdə gərginliyin azaldılmasına yönəlmiş dialoqda iştirak edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "PTV" telekanalına Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tahir Andrabi məlumat verib.
Onun sözlərinə görə, Pakistan İran–ABŞ məsləhətləşmələrinə dəvət olunub və İslamabadın mövqeyi danışıqlar zamanı “nəzərə alınacaq”.
Diplomatik dairələrdəki mənbənin Dawn qəzetinə bildirdiyinə görə, Pakistan tərəfinin iştirakı “gərginliyin azaldılmasında həlledici amil kimi qiymətləndirilir, çünki İslamabad pərdəarxası şəkildə danışıqlar prosesinə dəstək göstərir”. Mənbə əlavə edib ki, qarşıdakı görüşdə Pakistanın mövqeyini böyük ehtimalla xarici işlər naziri İshaq Dar səsləndirəcək.
Məryəm Quliyeva