10:26
980
İranla ABŞ arasındakı vəziyyət partlayışa həssasdır. Rusiya bu prosesdə köməkçi rolunda çıxış etmir, lakin Yaxın Şərqdəki vəziyyət ona biganə deyil.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov "RT"yə müsahibəsində bildirib.
“Hazırda biz İran, İsrail və ABŞ qarşıdurmasında köməkçi rolunda çıxış etmirik. Onlarla təmaslarımızda sadəcə mövcud vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımız və qonşumuzdur. Vəziyyətin necə inkişaf edəcəyi bizə biganə deyil. Üstəlik, bu vəziyyət təkcə İran üçün deyil, bütün Yaxın və Orta Şərq üçün partlayışa həssasdır,” – deyə nazir vurğulayıb.
Lavrov əlavə edib ki, “orada çoxlu gecikmiş minalar var və onlar yalnız yöndəmsiz bir addımı gözləyir. İranlılar və israillilər bilirlər ki, razılaşma əldə olunarsa və ya nə vaxtsa əldə edilərsə, onun icrasına töhfə vermək baxımından biz yenidən öz xidmətlərimizi təklif etməyə hazırıq.”
Məryəm Quliyeva