"Azərbaycan xalqı gec-tez bir olacaq" Gündəm

"Azərbaycan xalqı gec-tez bir olacaq"

İran ərazisində ABŞ-ın onu vurması ilə xaos olmasını istəməyənlər dolayısıyla İran rejiminin getməsini istəməyənlərdir. İran rejiminin bir müddət də hakimiyyətdə qalması əvvəla öz xalqlarına xəyanətdir, sonra isə Azərbaycanın böyüklüyünə. Azərbaycan xalqı gec-tez bir olacaq. Bu, tarixi aksiomadır, buna şübhə yoxdur. Amma buna gedən yolda ona müxtəlif adlar altında mane olmaq, qarşısını almaq cəhdləri proseslərin gedişində üzə çıxacaq ki, bu da geosiyasi qırılmaya səbəb olacaq.

Xalqcebhesi.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

"Əvvəla, Azərbaycan xalqı bir olduqdan sonra şiə anlayışının arxa plana keçəcəyi, böyük ölçüdə ortadan qalxacağı, hətta din anlayışının arxa plana keçəcəyi mütləq olacaq. Azərbaycan sivil, müasir və dünyəvi bir dövlət olacaq. Dindar kəsim də öz dinini dinin qaydalarına uyğun şəkildə yaşayacaq. Radikal, fanatik və uydurma din anlayışlardan uzaq" - politoloq deyib.

O, qeyd edib ki, İran rejiminin getməsindən öz dövlət maraqları üçün ehtiyat edən ölkələri qardaş Türkiyə də daxil heç bir təhlükə gözləmir. Qaçqın məsələsində İrandan çıxan kütlə əsasən imkanlı insanlar olacaq. Çünki yeni rejimdə demoqrafiyanın dəyişməsi mütləq olur. Aşağı imkanlı kəsim üçün sərhəddə qarşılama hazırlanmalıdır:

"Buna da ölkə daxilində ciddi qarşıdurma olacaqsa ehtiyac duyulacaq. Əks halda heç bir ciddi qaçqın köçü olmayacaq.

İranda rejim gedəcəksə, bu, İranın parçalanması anlamına gəlməyəcək. Bu, yeni hakimiyyətin başa gəlməsi ilə olacaq. Bu isə xalqların sərbəst şəkildə öz milli kimliklərini önə çıxarması üçün imkan yaradacaq. Federallaşma meylləri olma ehtimalı ola bilər.

Kürdlərin dövlət qurmasından çəkinmək, növbənin onlara çatacağı məsələləri isə Azərbaycan tərəfindən onun böyüklüyünə yaranmış şərait üçün mane olmağa bəhanə kimi qəbul edilir. Ümidvarıq ki, dost və qardaş ölkələrimiz belə bir fikirdə olmazlar".

Cavid