20:19
560
“Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və kommunikasiyaların bərpası hazırda müzakirə edilən əsas məsələlərdəndir”.
Bunu deputat Vüqar Bayramov Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hər iki tərəfin verdiyi açıqlamalardan bu istiqamətdə yaxın dövrdə addımların atılmasının mümkün olduğu görünür: “Türkiyə və Azərbaycan regionda əməkdaşlıqda maraqlı olan ölkələrdir. Eyni zamanda, Ermənistan və Azərbaycan arasında artıq ticarət əlaqələrinin formalaşmağa başladığını müşahidə edirik. Azərbaycan benzininin Ermənistana ixracı həyata keçirilib, Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı qadağalar aradan qaldırılıb. Bu, iqtisadi əlaqələrin bərpası baxımından mühüm əhəmiyyət daşıyır”.
Deputat qeyd edib ki, Ermənistan–Türkiyə sərhədinin açılması region üzərindən daşınan yüklərin həcminə ciddi təsir göstərə bilər:
“Xüsusilə Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra bu proses daha da aktuallaşacaq. Çünki Zəngəzur dəhlizi Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq. Nəticədə Azərbaycan üzərindən Ermənistan–Türkiyə marşrutu ilə, daha sonra isə Avropaya yüklərin daşınması mümkün olacaq. Ermənistan və Türkiyə arasında sərhədlərin açılması Azərbaycan üçün hər hansı risk yaratmır.Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Yeni regional reallıqlar fonunda ölkəmiz sülh və əməkdaşlıqda maraqlıdır”.
Günel Elxan
20:45
511
20:30
966
20:11
588