İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
18 Fevral 13:20
2 821
Bir çox amerikalı hüquqşünas Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı mümkün ssenariləri fəal şəkildə araşdırır və hazırlıq işlərinin böyük hissəsi artıq görülüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı "Risk Advisory" konsaltinq şirkətinin rəhbəri Patrik Lorda istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ötən yay bir çox amerikalı hüquqşünas ABŞ prezidenti Donald Trampın Ukraynaya danışıqlara hazır olması üçün təzyiq göstərməsindən sonra Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi variantlarını hazırlamaq üçün əlavə saatlarla işləməyə başlayıb. Jurnal qeyd edir ki, hazırlıq işlərinin böyük hissəsi artıq tamamlanıb.
Eyni zamanda, "The Economist" yazır ki, Avropa Rusiyaya qarşı sanksiyaları “böyük istəksizliklə” ləğv edəcək, lakin Trampın avropalıların qərarına təsir göstərə bilməsi ehtimalını da istisna etmir.
Məryəm Quliyeva
25 Mart 18:25
1 386
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953