İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Fevral 17:07
1 981
Almaniya kansleri Fridrix Merz martın 3-də ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq və Avropadan idxal olunan mallara tətbiq edilən gömrük rüsumları ilə bağlı ABŞ-ın siyasətinə aydınlıq gətirməyə çalışacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə onun mətbuat katibinin müavini Sebastian Hille "Bloomberg"ə bildirib.
Hille Berlində keçirilən hökumət mətbuat konfransında deyib:
“Avropa Komissiyası kimi, Almaniya hökuməti də Aİ ilə ABŞ arasında gömrük rüsumları barədə əldə olunmuş razılaşmaya sadiq qalmaq istəyir. Şirkətlərə planlaşdırma baxımından əminlik lazımdır və bu, Atlantikanın hər iki tərəfinə aiddir. Buna görə də biz ABŞ hökumətindən növbəti addımlarla bağlı aydınlıq gözləyirik. Ticarət münasibətlərində sabitlik və proqnozlaşdırıla bilənlik əldə etmək istəyirik.”
Onun sözlərinə görə, Almaniya hökuməti və Avropa Komissiyası ABŞ-ın yayda razılaşdırılmış Avropa idxalına tətbiq edilən rüsumların məhdudlaşdırılması öhdəliyinə sadiq qalacağını gözləyir.
Məryəm Quliyeva
25 Mart 18:25
1 379
25 Mart 15:09
1 337
25 Mart 13:50
1 946