“Proseslərin bu fonda icra etməsi Rusiyanın işinə yarayır” Gündəm

“Proseslərin bu fonda icra etməsi Rusiyanın işinə yarayır”

“İran müharibəsi Rusiya-Ukrayna müharibəsinin gedişatına təsirsiz deyil. Ələlxüsus da diqqətlərin bu müharibədən yayınıb İranın özünə fokuslanması baxımından diqqət çəkir. Yəni proses bu yöndə gedir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

T.Rzayevin bildirdiyinə görə, İran prinsip etibarilə ABŞ üçün Ukraynadan daha stratejikdir: “Yəni İrana fokuslanmaq, oradakı məsələləri həll etmək elə əvvəldən bəri Trampı düşündürən məsələlərdən biri idi. O baxımdan hesab edirəm ki, indiki məqamda proseslərin bu fonda icra etməsi, əlbəttə ki, Rusiyanın işinə yarayır. Hətta Rusiya prosesin uzanması üçün İrana silah yardımları belə edə bilər. Yəni ümumi mənada İran müharibəsi Rusiya-Ukrayna müharibəsinə təsirsiz deyil. Ən önəmlisi diqqət yayındırmaq baxımından. Artıq proses Ukraynadan İrana keçib. Yəni İran məsələsinə fokuslanılır”.

Röya İsrafilova