Rubio Səudiyyə XİN rəhbəri ilə İrana qarşı tədbirləri müzakirə edib Gündəm

Rubio Səudiyyə XİN rəhbəri ilə İrana qarşı tədbirləri müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb və krallığın müdafiə qabiliyyətinin gücləndirilməsi, həmçinin İrana qarşı gələcək tədbirləri müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda bildirilir: “Dövlət katibi və Səudiyyə Ərəbistanının xarici işlər naziri İranın krallığın obyektlərinə qarşı davam edən hücumları fonunda Səudiyyə Ərəbistanının müdafiə qabiliyyətinin necə gücləndirilə biləcəyini müzakirə ediblər.”

Məryəm Quliyeva