ÜST rəhbəri Ebola epidemiyası ilə əlaqədar Konqo Demokratik Respublikasına səfər edir Gündəm

ÜST rəhbəri Ebola epidemiyası ilə əlaqədar Konqo Demokratik Respublikasına səfər edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Ebola epidemiyası ilə əlaqədar Konqo Demokratik Respublikasına (KDR) yola düşdüyünü bildirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Konqo Demokratik Respublikasına gedirəm. Ebola yenidən qayıdıb. İturi əyaləti ən çox zərbə alıb"— deyə o, bildirib. ÜST rəhbəri aydınlıq gətirib ki, o, Konqo Demokratik Respublikası hökumətinin rəhbərliyi altında, ÜST qrupları və yerli səhiyyə işçiləri ilə birlikdə yerində işləyəcək.

Qebreyesus xatırladıb ki, Konqo Demokratik Respublikası artıq Ebola epidemiyasını 16 dəfə məğlub edib və respublikanın bu dəfə də onu məğlub edəcəyinə əminliyini bildirib. "Amma indi birlikdə hərəkət etməliyik", - deyə o vurğulayıb.

Məryəm Quliyeva