Prezident İlham Əliyev elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb Mədəniyyət

Prezident İlham Əliyev elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sənədə əsasən, 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Asəf Hacı oğlu Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına görə

Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə

Mədəniyyət sahəsi üzrə

Eldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə.