17 İyul 19:42
27 May 08:42
3 661
ABŞ hərbçiləri mayın 26-da Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi ehtimal olunan gəmiyə növbəti zərbə endirib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" hesabında məlumat yayıb.
“Əldə olunan kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik daşınması üçün istifadə olunduğunu təsdiqləyib”, – məlumatda bildirilib.
Qeyd olunub ki, zərbə nəticəsində bir nəfər ölüb, iki nəfər isə sağ qalıb.
Bununla əlaqədar ABŞ Sahil Mühafizəsinə axtarış-xilasetmə sisteminin aktivləşdirilməsi barədə məlumat verilib.
ABŞ hərbçilərinin zərər görmədiyi bildirilib.
17 İyul 22:06
1 561
17 İyul 21:34
1 561
17 İyul 21:30
1 610