Zəngilanda dağlq ərazidə köməksiz qalmış cüyür balasını əsgərlər xilas edib - VİDEO
İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq
Azərbaycanda adambaşına düşən sığorta haqqı 220 manata çatdırılacaq
Azərbaycanda maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı təsdiq edilib
17:10
623
"Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən Mərkəzi Bank Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə Dövlət Proqramında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan vəsaitin dövlət büdcəsinin 2027–2030-cu illər üzrə proqnozlarında nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görməlidir.