Ermənistan XİN ABŞ-la TRIPP üzrə imzalanan sazişin mətnini dərc edib Siyasət

Ermənistan XİN ABŞ-la TRIPP üzrə imzalanan sazişin mətnini dərc edib

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio tərəfindən paraflanan “TRIPP layihəsi ətrafında Ermənistan Respublikası ilə ABŞ arasında strateji əməkdaşlıq haqqında” çərçivə sazişi ilk növbədə TRIPP layihəsinin həyata keçirilməsi mexanizmini müəyyən edir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin dərc etdiyi çərçivə sazşinin mətnində deyilir.

Sazişdə Azərbaycanla bağlı əsas məqam ölkənin əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısının yaradılmasının nəzərdə tutulmasıdır.

Sənəddə TRIPP layihəsi çərçivəsində Ermənistan ərazisindən maneəsiz multimodal tranzit — avtomobil, dəmir yolu, enerji və kommunikasiya xətlərinin inkişafı nəzərdə tutulur. ABŞ isə layihədə texniki, maliyyə və infrastruktur dəstəyi göstərməyi planlaşdırır.

Sənəddə sərhəd və gömrük nəzarətinin Ermənistanın suverenliyi altında qalacağı vurğulanır, lakin sərhəd-keçid məntəqələrində özəl operatorlardan istifadə olunacağı qeyd olunub.

Ümumilikdə layihənin Cənubi Qafqazı Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında əsas logistika qovşaqlarından birinə çevirməsini hədəflədiyi vurğulanır.