“Çin bu ərazini güzəştə gedən deyil” Dünya

“Çin bu ərazini güzəştə gedən deyil”

“Trampın Çinə səfərindən sonra birmənalı nəticə əldə olunmayıb. Ən əsas Tayvan məsələsi ətrafında Çin rəhbəri çox sərt və dəqiq formada tələb edirdi ki, Tayvan Çinin suveren hissəsidir və ABŞ bu məsələ ilə bağlı mövqe bildirsin. Amma ABŞ Prezidenti həmin görüşdə bu suala birmənalı cavab vermədi, susdu”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Rizvan Hüseynov deyib.

O əlavə edib ki, bu, onu göstərir ki, sırf Tayvan məsələsində Çinlə ABŞ arasında birmənalı anlaşma yoxdur: “ABŞ bu faktordan maksimum öz xeyirinə istifadə etmək istəyir, Tayvan məsələsini Çinə bir təzyiq mexanizmi kimi istifadə edir. Çin isə birmənalı olaraq bu ərazini heç bir rəvacla güzəştə gedən deyil və əsas hədəflərdən də biri Tayvanın Çinə birləşməyidir. Amma Çin bunu daha çox siyasi və başqa üsullarla etməyə meyillidir, nəinki hərbi üsulla. Hər ehtimal, ümid edək ki, bu məsələ elə hərbi üsulla yox, başqa yollarla həll oluna bilər”.

Röya İsrafilova