16:28
910
Avropa, ilk növbədə isə Fransa Ukraynaya kəşfiyyat məlumatlarının üçdə ikisini təmin edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bəyan edib.
O bildirib ki, Avropa Kiyevə əsas dəstəyi, o cümlədən Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün peyk təsvirlərinin ötürülməsini həyata keçirir. Barro həmçinin xatırladıb ki, son zamanlar Aİ Kiyevə 6 milyard avro köçürüb və 1,6 minə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Bundan əlavə, Fransa Rusiyanın "kölgə donanması"na mənsub olmaqda şübhəli bilinən neft tankerini müsadirə edib.
Məryəm Quliyeva
14:54
581
13:58
749
13:44
924