2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır? İqtisadiyyat

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşlar üçün əlavə üstünlüklər və sosial təminat imkanlarını nəzərdən keçirmək baxımından uyğun vaxtdır. Bu çərçivədə PAŞA Həyatın korporativ həyat sığortası şirkətlərin HR-benefit paketinə daxil edə biləcəyi həllərdən biri kimi çıxış edir.

Korporativ həyat sığortası əməkdaşların həyat və sağlamlığı ilə bağlı gözlənilməz risklər zamanı maliyyə müdafiəsini gücləndirməyə, eyni zamanda şirkətin əməkdaşlara təqdim etdiyi sosial təminat paketini genişləndirməyə imkan verir. Sığorta təminatlarına 7 və daha çox kritik xəstəlik, ölüm və əlillik kimi riskləri əhatə edə bilər.

Şirkətlər üçün bu niyə faydalıdır ? Əməkdaşlara əlavə sosial təminat təqdim edilməsi işəgötürənin əməkdaş rifahına yanaşmasını nümayiş etdirə, şirkətin işəgötürən brendini gücləndirə və əməkdaşların şirkətdə uzunmüddətli perspektivdə özlərini daha güvənli hiss etməsinə töhfə verə bilər.

Korporativ həyat sığortasının büdcə planlaması mərhələsində nəzərdən keçirilməsi şirkətlərə sığorta təminatının əhatə dairəsini, əməkdaşların sayını və şirkətin HR strategiyasına uyğun benefit modelini əvvəlcədən qiymətləndirmək imkanı verir.

Yeni il büdcəsi hazırlanarkən əməkdaş benefitlərinin ayrıca planlaşdırılması şirkətlərə yalnız cari ilin deyil, növbəti dövrün də insan kapitalı prioritetlərini daha sistemli şəkildə müəyyənləşdirməyə kömək edə bilər.

Daha ətraflı: Korporativ Həyat Sığortası | Korporativ Sığorta Kimlər Üçündür?