İsrail ordusu Qəzzanın cənubunda HƏMAS-ın 1,5 km-lik tunelini məhv edib Gündəm

İsrail ordusu Qəzzanın cənubunda HƏMAS-ın 1,5 km-lik tunelini məhv edib

İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatı tərəfindən çəkilmiş 1,5 kilometr uzunluğunda yeraltı tuneli məhv ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağının cənub hissəsində mühəndis bölmələri "Yahalom" xüsusi təyinatlı dəstəsi ilə birgə "sarı xətt"in altından keçən təxminən 1,5 km uzunluğundakı yeraltı tuneli bloklayaraq məhv ediblər. Tunelin daxilində HƏMAS terrorçularının istifadəsi üçün nəzərdə tutulmuş otaqlar aşkar edilib", - deyə bəyanatda bildirilir.

Mətbuat xidməti əlavə edib ki, ordu bölmələri "atəşkəs razılaşmasına uyğun olaraq Qəzza zolağının bu ərazisində yerləşdirilib" və "hər hansı birbaşa təhdidin aradan qaldırılması məqsədilə fəaliyyətini davam etdirəcək".

Məryəm Quliyeva