“Əlavə qaz ixracı mümkünsüzdür” — ekspert
11 Dekabr 23:02
11 Dekabr 23:02
11 Dekabr 22:51
11 Dekabr 22:44
11 Dekabr 22:36
12 Noyabr 2024 11:02
2 772
Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində “Neft və dünyada baş verən son dəyişikliklər” mövzusunda mətbuat konfransı keçirilib.
Trend xəbər verir ki, mətbuat konfransında beynəlxalq ekoloji təşkilatların nümayəndələri - Sindra Şarma (PICAN), Bronven Taker (Oil Change International) və Diin Bebhe (Power Shift Africa) qısa açılış nitqləri ilə çıxış ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb.
Mətbuat konfransı zamanı XXI əsrin üçüncü onilliyində neft hasilatı və neft məhsullarının gələcək istehsalının ətraf mühitə təsiri, neft korporasiyalarının iqlimin qorunmasına töhfəsi, qeyri-hökumət təşkilatlarının bu sahəyə həsr olunmuş proqramlarının maliyyələşdirilməsi məsələlərinə toxunulub.
Natiqlər müəyyən edilmiş problemlərin həlli yollarının tapılmasında hazırkı COP-un mühüm rolunu qeyd ediblər.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
11 Dekabr 17:46
1 036
11 Dekabr 17:14
1 127
11 Dekabr 16:22
1 127