Cənubi Koreyanın keçmiş birinci xanımı 20 ay həbs edilib Gündəm

Cənubi Koreyanın keçmiş birinci xanımı 20 ay həbs edilib

Cənubi Koreyada birinci instansiya məhkəməsi respublikanın keçmiş birinci xanımı Kim Kon Hini korrupsiya işi üzrə 20 ay müddətinə azadlıqdan məhrum edib.

Xalqcebhesi.az xəbər verir ki, məhkəmə iclası YTN telekanalı tərəfindən canlı yayımlanıb.

Bildirilir ki, ona qarşı irəli sürülmüş üç ittihamdan yalnız ikisi üzrə təqsirli bilinib — Birləşmə Kilsəsindən ümumi dəyəri 80 milyon von (təxminən 56 min ABŞ dolları) olan bahalı hədiyyələr almaqda. Qərardan apellyasiya şikayəti verilə bilər.

Digər iki ittiham qiymətli kağızların dəyərinin manipulyasiyası və siyasi kampaniyaların maliyyələşdirilməsi qaydalarının pozulması ilə bağlı şübhələrə əsaslanırdı.

Qeyd olunur ki, həyat yoldaşı korrupsiya işi üzrə istintaq altında olduğu müddətdə Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol da həbs edilib. O, ötən ilin dekabrında ölkədə hərbi vəziyyət elan etmiş, bunu “Şimali Koreya tərəfdarı qüvvələri kökündən kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah etmişdi. Bir neçə saat sonra parlament bu rejimin ləğvinə səs verib.

Sonradan Yun Sok Yol vəzifəsindən uzaqlaşdırılıb və silahlı üsyana cəhd ittihamı ilə üzləşib.

Məryəm Quliyeva