11:26
686
Filippin sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Kotabato şəhərindən 101 km cənub-qərbdə, əhalisi 380 mindən çox olan ərazidə yerləşib. Zəlzələnin episentri 35 kilometr dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Məryəm Quliyeva