ABŞ “Marinera”nın kapitanını Şotlandiyadan çıxarıb Gündəm

ABŞ “Marinera”nın kapitanını Şotlandiyadan çıxarıb

ABŞ Sahil Mühafizəsinin ələ keçirilmiş “Marinera” tankerinin kapitanı Avtandil Kalandadzeni və onun köməkçisini Şotlandiyadan çıxardığı iddia olunur.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yanvarın 27-də "Sky News" telekanalı məlumat yayıb.

“Kapitən və onun birinci köməkçisi hazırda ABŞ Sahil Mühafizəsinə məxsus ‘Munro’ gəmisinin göyərtəsindədir və Böyük Britaniyanın ərazi sularını tərk ediblər”, – telekanal Şotlandiyanın baş prokuroru Rut Çarterisin məhkəmədə dediyi sözlərə istinadən bildirib.

Telekanalın məlumatına görə, yanvarın 26-da Kalandadzenin həyat yoldaşı Natiya Dzadzamanın vəkili Edinburq məhkəməsinə gəminin və kapitanın Şotlandiya məhkəməsinin yurisdiksiyası xaricinə çıxarılmasının qadağan edilməsi barədə vəsatət verib. Həmin gün axşam keçirilən iclasda məhkəmə bu tələbi təmin etsə də, yanvarın 27-də “Marinera”nın və Kalandadzenin ölkədən çıxarılmasına qoyulan qadağa ləğv edilib, çünki kapitanın və onun köməkçisinin artıq Şotlandiyanı tərk etdiyi məlum olub.

Məryəm Quliyeva