Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib Siyasət

Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistan səfirləri ilə Cənubi Qafqazı müzakirə edib

Azərbaycan və Ermənistan səfirləri Almaniyanın xarici işlər naziri Yohann Vadeful, eləcə də Bundestaqın Xarici əlaqələr komitəsinin sədri Mixael Rotla görüşüblər.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası Almaniyadakı səfirliklərinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər regiondakı proseslər, habelə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin perspektivləri barədə fikir mübadiləsi aparıblar.