İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 Yanvar 2025 16:47
3 745
2024-cü ildə Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 8 milyard 784 milyon manat təşkil edib.
“APA-Economics” xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 40.3% və ya 2 milyard 521 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 864 milyon manatı elektron ticarət vasitəsi ilə, 2 milyard 138 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 440 milyon manatı bankomatlar vasitəsi ilə, 332 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 256 min təşkil edib.